17 
Noy
2017
21:42
36
472
3923
Virtual karabakh

Oğuz meşəsində ağaclar kütləvi şəkildə məhv edilib – VİDEO

17 Noy, 2017
21:42
3923

Oğuz meşəsində ağaclar kütləvi şəkildə məhv edilib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meşə massivində kömür quyuları qazılaraq qanunsuz yolla xeyli sayda ağaclar məhv edilib. 

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayonu ərazisində keçirdiyi reydlər zamanı ağac kömürü hazırlanması məqsədilə 84 ədəd quyu qazıldığı, qanunsuz yolla əldə edilmiş 103 kubmetr həcmində meşə materiallarından istifadə edildiyi aşkarlanıb.

Rayonun Muxas kəndində aparılan reyd zamanı meşə fonduna 2 min manatdan çox ziyan vurulduğu müəyyənləşib. Reyd zamanı aşkarlanan quyular yararsız hala salınıb. 

Faktlarla bağlı təqsirkar şəxslər barəsində aktlar tərtib edilərək Oğuz rayon prokurorluğuna göndərilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri