18 
Noy
2017
12:05
144
44
18193
Virtual karabakh

Sinoptiklərdən hava müjdəsi

18 Noy, 2017
12:05
18193

Sinoptiklərdən hava müjdəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az verilən məlumata görə, noyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri