18 
Noy
2017
14:24
25
125
4259
Virtual karabakh

Pilotsuz uçan aparatların qeydiyyatı ilə bağlı – YENİLİK

18 Noy, 2017
14:24
4259

Pilotsuz uçan aparatların qeydiyyatı ilə bağlı – YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası məsafədən idarə olunan pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulunu elektron formada həyata keçirəcək.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”na müvafiq dəyişiklik edib.

Qeyd edək ki, bununla yanaşı, Dövlət Mülki Aviasiya Administrasiyasının Azərbaycandan və ya Azərbaycana uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu ilə bağlı elektron xidmət təqdim etmək səlahiyyəti ləğv olunub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri