18 
Noy
2017
16:10
166
74
6159
Virtual karabakh

Xaricdə təhsil alan tələbələr işə imtahansız qəbul olunacaqlar – VİDEO

18 Noy, 2017
16:10
6159

Xaricdə təhsil alan tələbələr işə imtahansız qəbul olunacaqlar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda xaricdə təhsil alıb ölkəyə qayıdan kifayət qədər gənc var. Təəssüf ki, bir sıra təşkilatlar və şirkətlər bu gənclərin Avropa dəyərlərini qavramış kadr kimi işə cəlb edilməsində maraqlı deyillər. Buna görə də, bir çox gənc təhsilini başa vurduqdan sonra Avropadan qayıtmır. Ancaq qanunvericiliyə edilən son dəyişikliklər bu problemin aradan qalxmasına şərait yaradır.

Bundan sonra Azərbaycanda dövlət proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almış gənclərin dövlət qulluğuna qəbulu test imtahanı və müsahibə əsasında aparılmayacaq. Çünki həmin gənclər dövlət qulluğuna qəbul edilərkən staj və sınaq müddəti tətbiq edilir.

Oxu.Az ARB TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı materialı təqdim edir:

S.B. 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri