19 
Noy
2017
12:19
92
164
7151
Virtual karabakh

Sabah Bakıda çiskinli hava olacaq – PROQNOZ

19 Noy, 2017
12:19
7151

Sabah Bakıda çiskinli hava olacaq – PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi  arabir güclənəcək. Havanın temperaturunun gecə  10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  11-13° isti, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764  mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı qərb rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti,  gündüz 8-13° isti olacağı gözlənilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri