20 
Noy
2017
10:52
7
52
2368
Virtual karabakh

DİM inzibati rəhbər vəzifələr üzrə vakant yerlərə qəbulun nəticələrini açıqladı

20 Noy, 2017
10:52
2368

DİM inzibati rəhbər vəzifələr üzrə vakant yerlərə qəbulun nəticələrini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 18-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün keçirilən ilk test imtahanının nəticələri barədə məlumat yayıb. 

DİM-dən Oxu.Az-a verilən məlumata görə, imtahanda iştirak edən 90 namizəddən AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə isə 4 nəfər olmaqla, ümumilikdə 13 namizəd uğur qazanıb. 

Qeyd edək ki, AB4 altqrupuna inzibati vəzifələrin 5-ci təsnifatı üzrə şöbə müdirinin müavini, AC1 altqrupuna inzibati vəzifələrin 5-ci təsnifatı üzrə yerli bölmənin rəhbəri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, AC2 altqrupuna inzibati vəzifələrin 6-cı təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, yerli bölmənin rəhbəri, AC3 altqrupuna inzibati vəzifələrin 6-cı təsnifatı üzrə yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri, AC4 vəzifə altqrupuna inzibati vəzifələrin 7-ci təsnifatı üzrə sektor müdiri, dövlət orqanı rəhbərinin köməkçisi vəzifələri daxildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikat əldə etmək üçün noyabrın 20-dən dekabrın 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Sertifikatı əldə etmiş şəxs müvafiq qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ əldə edir.

Qeyd edək ki, dövlət orqanları tərəfindən inzibati rəhbər vəzifələr üzrə (A növü) müsabiqəyə 176 vakant vəzifə təqdim olunub. Onlardan 162-si regionlardadır. İnzibati rəhbər vəzifələr üzrə təqdim olunan vakansiyalar arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 5-ci təsnifatına aid Əmlak Məsələləri Dövlət Komitəsi üzrə yerli bölmənin müdiri (5 vakant vəzifə ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə yerli bölmələrin müdiri (4 vakant vəzifə) vəzifələridir.

Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati rəhbər vəzifələrə aid olan yerli bölmə rəhbərinin müavini yeri üzrə 44, yerli bölmədə sektor müdiri yeri üzrə 107 vakant vəzifə təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inzibati rəhbər vəzifələrə aid olan 2 sektor müdiri (inzibati vəzifələrin 6-cı təsnifatına uyğun olan), 8 yerli bölmə rəhbərinin müavini və 1 yerli bölmədə sektor müdiri vəzifəsi təqdim olunub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri