20 
Noy
2017
11:40
203
19
13693
Virtual karabakh

“Dünyagöz Bakı” xəstəxanasında növbəti riskli əməliyyat uğurla nəticələndi – FOTO

20 Noy, 2017
11:40
13693

“Dünyagöz Bakı” xəstəxanasında növbəti riskli əməliyyat uğurla nəticələndi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əziz valideynlər, vaxtından əvvəl doğulmuş körpənizdə ciddi göz qüsurlarının olma ehtimalını bilirsinizmi? Bu xəstəliklərdən biri uşaq vaxtı geridönməz korluğa da səbəb ola bilən 32 həftədən tez və 1500 qr-dan az çəkili yenidoğulmuşlarda rast gəlinən retinopatiyadır (ROP) .

Amma bu hadisənin qarşısını göz müayinəsindən ilk 4 həftədə keçərək almaq mümkündür. Artıq yüksək ixtisaslı göz mərkəzində xüsusi rəqəmsal retinoskopiya ilə yarımçıq doğulmuş körpənin torlu qişasındakı bütün dəyişiklikləri və anadangəlmə görmə qüsurlarını aşkarlamaq və müalicə etmək mümkündür.

Oxu.Az xəbər verir ki, müasir texnologiyalar və oftalmologiya sahəsində böyük təcrübə sahibi olan Türkiyənin “Dünyagöz” xəstəxanalar qrupu daha bir xəstəxanasını Bakıda açmaqla bu istiqamətdə həmvətənlərimizdən öz dəstəyini əsirgəmir. Bakıda fəaliyyət göstərdiyi bir neçə ay ərzində uşaqlar üçün aparılan onlarla uğurlu göz əməliyyatı arasında bir hadisəni xüsusi qeyd etmək istərdik.

Vaxtından əvvəl və anadangəlmə hər iki gözü katarakta ilə doğulmuş, görmə qabiliyyətini tamamilə itirmək təhlükəsi ilə üzləşmiş Cansu Gülün valideynləri VüsaləOsman İlhan ən son çarə olaraq yeni açılmış “Dünyagöz Bakı” xəstəxanasına müraciət ediblər. 2 aylıq, çəkisi 1940 qr-lıq daha öncə beyin qanaması keçirən, hətta üzərində bağırsaq cərrahiyyəsi aparılan və stomalı körpə üzərində əməliyyat həddindən artıq riskli olsa da, “Dünyagöz” xəstəxanalar qrupunun hazırda Bakıda çalışan yüksək ixtisaslı anesteziya və reanimasiya mütəxəssisi uzm.dr. Ayla Topak məsuliyyəti öz üzərinə götürərək klinika heyətinə bu əməliyyatı aparmağı tövsiyyə edir. 11 may 2017ci ildə başda prof.dr. Dilaver Erşanlı olmaqla, “Dünyagöz Bakı” xəstəxanasında Cansu Gülə dissiziya-linzaların aspirasiyası və ön vitrektomiya göz əməliyyatı aparılaraq mükəmməl nəticə əldə olunur.

Hazırda körpə mütəmadi olaraq həkim nəzarəti altındadır, 3 yaşından sonra isə onun gözlərinə daimi göz içi linzalar yerləşdiriləcək. Ümumiyyətlə, “Dünyagöz Bakı” xəstəxanasında vaxtından əvvəl doğulmuşlar, yenidoğulmuşlar və uşaqların görmə problemlərini aşkarlamaq və müalicəsi üçün ən son texnologiyalardan istifadə edilir. “Dünyagöz Bakı” xəstəxanası yüksək peşakarlıq və qayğıkeşlik sayəsində daim xəstələrin etimadını doğrultmağa çalışır.

Ünvan:  Səbail Rayonu, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov küçəsi 39. Ətraflı məlumat üçün (012)-404-44-69 nömrəsi ilə əlaqə saxlayın.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri