20 
Noy
2017
13:25
16
197
3138
Virtual karabakh

Oruc Zalov: Azərbaycanda uşaq əməyindən istifadə edilir

20 Noy, 2017
13:25
3138

Oruc Zalov: Azərbaycanda uşaq əməyindən istifadə edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir çox ölkədən fərqli olaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarında azyaşlılar üzrə inspeksiya sistemi fəaliyyət göstərir. Bu qurumun məqsədi azyaşlıların neqativ təsirlər altına düşməsinin qarşısını almaq, uşaqların təhsil, idman, istirahət hüquqlarının müdafiəsini təmin etməkdir”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Nazir müavininin sözlərinə görə, ailədaxili münaqişələrdən əziyyət çəkən, özünü tam ifadə edə bilməyən uşaqlar böyük şəhərlərə miqrasiya edirlər: “Onlar elə hesab edirlər ki, özlərini dolandıra biləcəklər. Nəticədə isə ayrı-ayrı işbazlar uşaqların əməyindən istifadə edirlər. Bu kimi hallara qarşı tərəfimizdən aidiyyəti orqanlarla birlikdə profilaktik tədbirlər görülür”.

O. Zalov qeyd edib ki, uşaqların hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən lazımi tapşırıqlar verilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri