20 
Noy
2017
14:00
250
70
25555
Virtual karabakh

Ramil Səfərovun həbsxana görüntüləri yayıldı – FOTO

20 Noy, 2017
14:00
25555

Ramil Səfərovun həbsxana görüntüləri yayıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Macarıstanda məhbus həyatı yaşamış Ramil Səfərov həbsxanadan fotolarını paylaşıb.

Oxu.Az Ölkə.Az-a istinadən xəbər verir ki, R.Səfərov fotolarını öz şəxsi "Instagram" hesabında paylaşıb.

O, həmin fotoların 2010-cu ildə Macarıstanın Kozma həbsxanasında çəkildiyini yazaraq qeyd edib.

Xatırladaq ki, Ramil Səfərov Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib. 1 sentyabr 2012-ci ildə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul edib və onu mayor rütbəsi ilə təltif edib. Həmçinin ona Müdafiə Nazirliyi tərəfindən ev və onun həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı verilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri