20 
Noy
2017
13:54
13
106
7504
Virtual karabakh

Yeni yaradılan dövlət qurumunun əməkdaşlarının maaşı açıqlandı

20 Noy, 2017
13:54
7504

Yeni yaradılan dövlət qurumunun əməkdaşlarının maaşı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə qərar qəbul edib.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, sənədi baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qərarla, Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddi 15 vahid müəyyən edilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunda icraçı direktor 1150 manat, icraçı direktorun müavini 895 manat, şöbə müdiri, baş mühasib 590 manat, baş məsləhətçi 410 manat, aparıcı məsləhətçi 390 manat, məsləhətçi 380 manat, kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis 200 manat, sürücü 220 manat, xadimə isə 155 manat maaş alacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri