20 
Noy
2017
20:39
28
293
12925
Virtual karabakh

Nazirlik Bakıda tarixi binanın söküntüsü barədə: Bizi dinləmədilər – FOTO

20 Noy, 2017
20:39
12925

Nazirlik Bakıda tarixi binanın söküntüsü barədə: Bizi dinləmədilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə iki dəfə müraciət edərək, Tələt Şıxəliyev küçəsindəki tarixi binanın sökülməsinin yolverilməz olduğunu bildirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə virtualaz.org-a Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası dövlət xidmətinin rəisi Zakir Sultanov bildirib.

“Bu binanın tarixi əhəmiyyətini əsaslandıran ekspert qiymətləndirmələri təqdim edilmişdi. Lakin bu müraciətlərə diqqət yetirilmədi. Tarixi binanın sökülməsi barədə qərarı qətiyyətlə qınayırıq”, - Zakir Sultanov deyib.

Xatırladaq ki, bundan əvvəl yerli KİV-də paytaxtın Nərimanov rayonunda Tələt Şıxəliyev küçəsində tarixi binaların sökülməsi ilə bağlı məlumat yayılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri