21 
Noy
2017
12:35
311
17
2258
Virtual karabakh

Bakı meriyasının binası qarşısında kanalizasiya daşdı – VİDEO

21 Noy, 2017
12:35
2258

Bakı meriyasının binası qarşısında kanalizasiya daşdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail rayonu, İstiqlaliyyət küçəsi 4-də, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında kanalizasiya quyusu daşıb, çirkab su yola axır.

Oxu.Az yerli mətbuata istinadən xəbər verir ki, kanalizasiyanın daşması nəticəsində yolda gölməçələr yaranıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da işə gələrkən həmin küçədən istifadə edir. Lakin artıq 1 saata yaxındır ki, tədbir görülmür.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, yağış yağan kimi kanalizasiya xətti daşır. “Şəhərin tən ortasında – merin istifadə etdiyi yolda kanalizasiya xətti sıradan çıxıb. Amma heç kim kanalizasiya xətlərinin daşması ilə maraqlanmır. Küçəboyu yağış barmaqlıqları qoyulub. Amma qanovların vaxtlı-vaxtında təmizləməməsi problem yaradır”, - sakinlər söyləyiblər.

Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət bildirmək istəməyiblər. Meriyanın adını söyləmək istəməyən əməkdaşı iddia edib ki, kanalizasiyanın daşmasında küçələri süpürənlər günahkardırlar. Çünki süpürgəçilər küçədəki zibili süpürüb barmaqlıqlara, kanalizasiya xəttinin üstünə tökürlər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri