21 
Noy
2017
12:57
166
56
7707
Virtual karabakh

Sabah bəzi yerlərdə sulu qar yağacaq

21 Noy, 2017
12:57
7707

Sabah bəzi yerlərdə sulu qar yağacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı və Abşeron yarımadasında noyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi  gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  13-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  753  mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 % olacaq.   

Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1-6° isti,  gündüz 6-10° isti olacağı gözlənilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri