21 
Noy
2017
16:06
7
274
3319
Virtual karabakh

Suraxanıda körpə meyiti aşkarlandı

21 Noy, 2017
16:06
3319

Suraxanıda körpə meyiti aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı rayonu, 3-cü mədən küçəsində körpə cəsədi aşkarlanıb. Hadisə ötən bazar günü, noyabrın 19-da baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə yerli KİV-ə ərazidə yaşayan sakinlər məlumat veriblər.

Sakinlərdən biri səhər pəncərəsindən baxarkən körpə meyiti görüb. Bundan sonra Suraxanı rayonu 31-ci polis bölməsinə və təcili tibbi yardıma məlumat verilib. Körpənin cəsədi müayinə edilib, sakinlərə onun 6 ay 15 günlük olduğu bildirilib. “Dedilər ki, yarımçıq doğulmuş uşaqdır. Hazırda polis tərəfindən araşdırma aparılır”, - sakinlər söyləyib.

Suraxanı rayonu 31-ci polis bölməsindən baş vermiş hadisə barədə məlumat vermək istəməyiblər. Suraxanı rayon Prokurorluğundan isə xəbəri təsdiqləyiblər: “Körpə cəsədi tapılıb və hazırda faktla bağlı araşdırma gedir. Uşaq yarımçıq doğulub. Onun kim və ya kimlər tərəfindən atıldığı araşdırılır”.

Uşağın ölü doğulandan sonra küçəyə atıldığı ehtimal edilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri