21 
Noy
2017
16:57
117
13
1885
Virtual karabakh

Qüsurlu uşaqlarla bağlı TƏKLİF

21 Noy, 2017
16:57
1885

Qüsurlu uşaqlarla bağlı TƏKLİF

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhhəti qüsurlu uşaqlara sahib olan ailələrə əlavə dəstəyin göstərilməsinə ehtiyac var.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

O bildirib ki, qüsurlu övladı olan ana ona baxmaq üçün işləməmək məcburiyyətindədir: “Düzdür, dövlət tərəfindən qüsurlu uşaqların xəstəliklərinin dərəcələrinə uyğun müavinət verilir, yardım göstərilir”.

Deputat qeyd edib ki, qüsurlu uşaqlara baxan analara mənəvi dəstəklə yanaşı, maddi dəstəyin də göstərilməsinə ehtiyac var: “Təklif edirəm ki, həmin uşaqların valideynlərinə də müavinət verilsin”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri