21 
Noy
2017
17:52
192
23
2072
Virtual karabakh

Akif Çovdarovun cinayət işində zərərçəkmişlər mülki iddialarının təmin olunmasını istəyir

21 Noy, 2017
17:52
2072

Akif Çovdarovun cinayət işində zərərçəkmişlər mülki iddialarının təmin olunmasını istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirlıiyinin (MTN) vəzifəli şəxsləri tərəfindən "Karvansaray" Ticarət Mərkəzinin ələ keçirilməsi epizodu üzrə zərərçəkmişlər Bakı Hərbi Məhkəməsi tərəfindən çıxarılan qərardan apellyasiya şikayəti verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, "Karvansaray-2010" MMC-nin təsisçiləri Nizami Quliyev və Nadir Quliyevin nümayəndəsi apellyasiya şikayətini Bakı Hərbi Məhkəməsinə təqdim edib.

Onlar apellyasiya şikayətində 100 min manatlıq mülki iddialarının təmin olunmasını istəyir.
Qeyd edək ki, "Karvansaray-2010" MMC-nin təsisçi Nizami Quliyev MTN generalı Akif Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

İttiham aktına əsasən, göstərilən təhdid və təzyiqlər nəticəsində onun obyektinə əl qoyulub və “Karvansaray” Ticarət Mərkəzi sahiblərindən 2012-ci ildə zor və işgəncə yoluyla alınıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə “Karvansaray” epizodu sübuta yetirilməyib və həmin epiozod üzrə cinayət təqibinə xitam verilib, bu işdə zərərçəkmişlərin mülki iddiası təmin olunmayıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri