21 
Noy
2017
20:26
26
212
11070
Virtual karabakh

Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq – DİQQƏT

21 Noy, 2017
20:26
11070

Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq – DİQQƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar, noyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Babək prospekti,Y.Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri