22 
Noy
2017
11:41
87
14
2771
Virtual karabakh

35 yaşınadək “elmlər doktoru” dərəcəsi alanlara pul mükafatı veriləcək

22 Noy, 2017
11:41
2771

35 yaşınadək “elmlər doktoru” dərəcəsi alanlara pul mükafatı veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Akademiyanın Rəyasət Heyətinin qərarına əsasən, 35 yaşına kimi “elmlər doktoru” elmi dərəcəsi alan şəxslərə 5000 manat pul mükafat veriləcək.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev “Müasir elm - gənclərin baxışı ilə” adlı elmi - praktiki konfransda deyib. 

Akademik bildirib ki, Azərbaycanda 140-a qədər elmi müəssisə fəaliyyət göstərir. Onlardan 40-ı Akademiyanın payına düşür.

D. Tağıyev qeyd edib ki, dünyada 7,8 milyon insan elmi-tədqiqatla məşğul olur. Onların sayı son 10 ildə 20% artıb.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri