22 
Noy
2017
13:21
337
75
5553
Virtual karabakh

Həkimlərin maaşı artırılsın – TƏKLİF

22 Noy, 2017
13:21
5553

Həkimlərin maaşı artırılsın – TƏKLİF

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səhiyyə sahəsinə ayrılan vəsait çox azdır, bu vəsait artırılmalıdır”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, səhiyyə sahəsində çalışanların əməkhaqları olduqca aşağıdır: “Bölgələrdə müasir infrastruktura malik səhiyyə müəssisələri tikilir. Amma əməkhaqlarının aşağı olması bu mərkəzlərin effektiv çalışmasına mane olur. Mən büdcəyə diqqət elədim, gələn il səhiyyə sahəsinə ayrılan xərclər azalıb. Əgər biz səhiyyə sahəsinə ayrılan vəsaitləri sabit saxlasaq və ya azaltsaq, gələcəkdə səhiyyə sahəsində problemlərlə üzləşə bilərik. Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Səhiyyə sahəsinə ayrılan vəsait artırılmalıdır ki, adambaşına düşən səhiyyə xərcləri bu artıma uyğun olsun. Maliyyə Nazirliyindən bu cür ciddi məsələyə diqqət etməyi xahiş edirəm”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri