22 
Noy
2017
15:16
67
38
4717
Virtual karabakh

Məcburi köçkünlərin aksiyasına – RƏSMİ MÜNASİBƏT

22 Noy, 2017
15:16
4717

Məcburi köçkünlərin aksiyasına – RƏSMİ MÜNASİBƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir qrup məcburi köçkünün orta əmək haqlarının verilməsinin dayandırılması ilə bağlı keçirdiyi aksiyalara və Əlövsət Sadıqlının rəhbərliyi “Məcburi köçkünlərin hüquqlarını müdafiə komitəsi” yaradılmasına münasibət bildirib.

Komitədən Oxu.Az-a bildirilib ki, Əlövsət Sadıqlı doğrudan məcburi köçkünlərin hüquqları ilə məşğuldursa, nə üçün məcburi köçkünlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəlmək və ya sosial yardım almaq üçün müraciət etməsi ilə məşğul olmur.

Dövlət Komitəsi nəzərə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ilin 9 ayında müraciət edənlərin 1150 nəfəri artıq işlə təmin edilib: 

“Onu da bildiririk ki, həmin vəsait işğal altında olan rayonların illik büdcələrində nəzərdə tutulurdu və Komitəyə aidiyyəti olmayıb. Bütün bunlara baxmayaraq, bu təbəqədən olan məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə Komitə tərəfindən aidiyyəti dövlət orqanlarına həmin şəxslərin ünvanlı sosial yardımla və ya işlə təmin edilməsi üçün məktub göndərilib. Bununla bağlı onların dəfələrlə şifahi və yazılı müraciətlərinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən cavab verilməsinə, fərdi və kollektiv şəkildə gələnlərin qəbul edilməsinə baxmayaraq guya “Məcburi köçkünlərin hüquqlarını müdafiə komitəsi” yaradaraq özünü onların “himayədarı” qismində aparan Əlövsət Sadıqlı bir qrup məcburi köçkünü də ətrafına toplayaraq, noyabrın 1-də Nazirlər Kabinetinin qəbul otağında yığışıb. Məsələ ilə bağlı onlara lazımi izahatlar verilib. Lakin Əlövsət Sadıqlı niyyətini həyata keçirmək məqsədilə 13 dəqiqəlik video hazırlayaraq  öz facebook səhifəsində və xaricdə yaşayan, hər gün ölkənin hökumət məmurlarının ünvanına şər-böhtanlar yağdıran oğlu Tural Sadıqlının idarə etdiyi “Azad Söz” “Facebook” səhifəsində yerləşdirib, həmin videoda dövlət məmurunu özünəməxsus şəkildə ittiham edib və onlar haqqında təhqiramiz fikirlər səsləndirib. 

Bununla da kifayətlənməyən Əlövsət Sadıqlı və ətrafına topladığı bir qrup şəxs noyabrın 15-də yenidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbul günündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısına gəlib və burada şüarlar səsləndirərək aksiya təşkil etməyə cəhd göstəriblər. Onların müraciəti əsasında baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov həmin gün bu məqsədlə qəbula gələnlərlə yenidən görüşüb və onlara ətraflı izahatlar verib. Lakin sonradan Əlövsət Sadıqlı yenidən özünün “Facebook” səhifəsində bununla bağlı çoxsaylı məlumatlar yerləşdirib və həmin məsələlərə təhqiramiz “şərhlər yazan” şəxslərin fikirlərini paylaşıb. Əlövsət Sadıqlı özü ilə qəbula gətirdiyi şəxslərdən bir qismi müxtəlif yerlərdə işləmələrinə baxmayaraq, dondurulmuş əməkhaqqı tələbi ilə çıxış edirlər”.

Dövlət Komitəsi bildirir ki, Əlövsət Sadıqlı pensiya yaşındadır və özünün həmin dondurulmuş əmək haqqına heç bir aidiyyəti yoxdur: “Lakin Əlövsət Sadıqlı Ağdam rayon İcra Hakimiyyətini aldadaraq oğlunun xaricdə yaşaması barədə məlumat verməyib və uzun müddət qanunsuz olaraq xaricdə yaşayan oğlu Tural Sadıqlının əvəzində müavinət alıb. Hazırda Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Tural Sadıqlı müavinət alanların siyahısından çıxarılıb”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri