22 
Noy
2017
20:00
14
211
2110
Virtual karabakh

Tərtərdə məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb - FOTO

22 Noy, 2017
20:00
2110

Tərtərdə məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtər rayonunda zəlzələ nəticəsində məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Report-un Qarabağ bürosuna Tərtər Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini İlqar Musayev məlumat verib. 

Onun sözlərinə görə, Tərtər rayonunun Qazıyan kənd körpələr evi-uşaq bağçası və Şəmil Quliyev adına İsmayılbəyli kənd orta məktəbinin binalarında iri çatlar əmələ gəlib, bəzi sinif otaqlarında təhlükəli vəziyyət yaranıb: "Hazırda həmin dərs otaqlarında tədris aparılmır. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yaranmış vəziyyətlə bağlı əraziyə baxış keçiriblər".

İ.Musayev İsmayılbəyli, Evoğlu və Qazıyan kəndlərində vətəndaşlara məxsus 11 fərdi yaşayış evinin zəlzələnin təsirindən uçduğunu, yüzdən çox evdə isə çatların yarandığını vurğulayıb.

Qeyd edək ki, noyabrın 16-da, saat 23:48-də Ağdam rayonu ərazisində zəlzələ qeydə alınıb. 25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri