23 
Noy
2017
12:27
183
16
3881
Virtual karabakh

Deputat: Meşədə vəhşi kimi görünməsən, səni də yeyərlər

23 Noy, 2017
12:27
3881

Deputat: Meşədə vəhşi kimi görünməsən, səni də yeyərlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhərrəmlik ayı bitib. Artıq neçə gündür ki, paytaxt restoranlarından, şadlıq evlərindən toy-nişan məclislərinin səsi eşidilir.

Oxu.Az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa məhərrəmlik ayından sonra başlayan toy adətlərinin vəhşilik əmsalına görə dünyada tayı-bərabəri olmadığını deyib: “4-5 saat içində 12-15 çeşid keyfiyyəti və müddəti şübhəli yeməyi, əsasən zirzəmilərdə kustar üsulla doldurulan spirtli və spirtsiz içkiləri kiçicik bir mədəyə sığışdırmaq, qəsdən yaradılmış səs terrorundan infarkta hazırlaşmaq, musiqi zövqünü alt-üst edən bağırtı ilə oxuyan manısların cibini pulla dolduran, toy sahibinə dəstək vermək yerinə, şadlıq evlərini zənginləşdirmək xalqımızın illərdir davam edən müqəddəs bir ritualıdır və adam kimi toy edib şənlənməyə qarşı toplumsal bir allergiya mövcuddur.

Bu cəmiyyət nədən zərərli olan hansısa vərdişlərdən uzaqlaşmağa qərar verə bilmir? Çəkmişəm, çəkəcəyəm, içmişəm, içəcəyəm, yemişəm, yeyəcəyəm! Ən acınacaqlısı da budur ki, adam "düşünmürəm, düşünməyəcəyəm!" deyir. Yeməyiniz bol, mədəniz gen olsun! Hazırlaşaq toylara. Meşədə vəhşi kimi görünməsən, səni də yeyərlər”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri