23 
Noy
2017
14:10
49
136
4405
Virtual karabakh

Zahid Oruc: Bu, Qarabağ əlillərinə olan münasibətdir?

23 Noy, 2017
14:10
4405

Zahid Oruc: Bu, Qarabağ əlillərinə olan münasibətdir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlərin artırılmasını təklif edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, deputat "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" layihənin müzakirəsi zamanı deyib ki, I qrup Qarabağ əlili 401 manat, II qrup əlil isə təxminən 290 manat alır. “Bu, Qarabağ əlillərinə olan münasibətdir? Hesab edirəm ki, bu məbləğ artırılmalıdır”.

Z.Oruc təklif edib ki, Qarabağ əlillərindən bir nəfər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin və Qarabağ əlillərinin problemləri ilə həmin şəxs məğul olsun.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri