23 
Noy
2017
14:53
171
61
2975
Virtual karabakh

Alimlər üçün çoxmənzilli yaşayış binasının tikintisinə başlanıldı

23 Noy, 2017
14:53
2975

Alimlər üçün çoxmənzilli yaşayış binasının tikintisinə başlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Saray qəsəbəsində alimlər üçün çoxmənzilli yaşayış binasının tikintisinə başlayıb".

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə AMEA-nın prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, həmin ərazidə bir neçə bina tikiləcək: "Saray qəsəbəsində "Science city" adlanan şəhərcik tikirik. Burada bir neçə çoxmərtəbəli bina inşa olunacaq. Düşünürəm ki, biz qarşıdakı iki ildə işləri tam görüb binaları alimlərimizə təhvil verəcəyik".

AMEA prezidenti bildirib ki, bu binalardan Təhsil Nazirliyində çalışan alimlər də ev ala biləcəklər: "Biz belə hesab edirik ki, Təhsil Nazirliyinə də töhfə verək. Bu səbəbdən də təhsil sahəsində çalışan alimlərimizin də bu binadan ev almasına şərait yaratdıq".

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri