23 
Noy
2017
21:09
379
22
11217
Virtual karabakh

Bu rayonlarda çörəyin qiyməti ucuzlaşdı – VİDEO

23 Noy, 2017
21:09
11217

Bu rayonlarda çörəyin qiyməti ucuzlaşdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın şimal bölgəsində maraqlı aksiya başlayıb. Çörək sexləri 35-40 qəpiyə satılan çörəyin qiymətini 15 qəpik aşağı salıblar.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, ilk olaraq bu aksiyaya Xaçmaz rayonunda başlanılsa da, sonradan Qusar və Qubada fəaliyyət göstərən çörək sexləri də onlara qoşulub.

Bu bütün çörəklərə şamil olunmur. Sadəcə 500 qram olan çörəklərdə qiymət endirilib. Qiymətin aşağı salınması sakinlərində ürəyincədir.

Sex sahibləri bildirirlər ki, topdan və pərakəndə satışda da eyni qiymətdir. Ancaq bəzi alıcılar çəkinin azaldığını iddia edirlər. Bildirilir ki, əvvəlcə çəkisi 500 qram olan çörək hazırda 430-450 qram olub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri