Dek
2017
14:45
229
70
12588
Virtual karabakh

Vəkillər Kollegiyasına yeni sədr seçildi - YENİLƏNİB

7 Dek, 2017
14:45
12588

Vəkillər Kollegiyasına yeni sədr seçildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib.

Oxu.Az xəbər verir ki, Vəkillər Kollegiyasının 2012-2017-ci illər üzrə fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib və hesablama komissiyasının sədri və üzvləri müəyyənləşdirilib. Anar Bağırov Vəkillər Kollegiyasının sədri, Aydın Axundov və Pərviz Ələkbərov sədrin müavinləri seçiliblər.

VK Rəyasət Heyətinin yeni üzvləri isə Aydın Axundov, Pərviz Ələkbərov, Muxtar Mustafayev, Turqay Hüseynov, Fariz Məmmədov, Sima Yaqubova, Eduard Çernin, Vuqar Babayev, Azər Quliyev, Şəfayət Həsənov, Lalə Nağıyeva, Sahib Səfərov, Tural Hüseynov, Elçin Qənbərovdur.

Qeyd edək ki, hüquq elmləri üzrə fəlsəfə doktoru A.Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub. O, Hakimlərin Seçki Komitəsinin üzvü, Ədliyyə Akademiyasının Vəkillərin peşəyə buraxılış və ixtisasartırma fakültəsinin dekan əvəzi, Akademiyanın elmi şurasının üzvüdür. A.Bağırov Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, Vəkillər Kollegiyasının əvvəlki sədri Azər Tağıyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa vermişdi. Onun səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri