Dek
2017
00:39
335
80
21687
Virtual karabakh

İlhamə Quliyevanın oğlu həbs edildi? – FOTO + YENİLƏNİB

9 Dek, 2017
00:39
21687

İlhamə Quliyevanın oğlu həbs edildi? – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Oxu.Az xəbər verir ki, bu barədə ölkə.az-a açıqlamasında O.Nadirovun həyat yoldaşı Arifə Nadirova bildirib: “Orxan hazırda rayondadır. Yayılan xəbərlər isə yalandır”.

Qeyd edək ki, dekabrın 8-də mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.

Bildirilib ki, O.Nadirov Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur.

***

08.12.2017 (23:42)

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov bu gün Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə O.Nadirov Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, O.Nadirovun keçmiş dostu Vüqar Bəkirov bu ilin mayında Lent.az-a müsahibəsində bu barədə danışmışdı. O, bildirmişdi ki, O.Nadirov bir neçə şəxsə pul borcludur və buna görə də barəsində Binəqədi Rayon Polis idarəsində iş gedir. V.Bəkirov onu da əlavə etmişdi ki, Orxan onun etibarından istifadə edərək bir neçə nəfərdən pul alıb. Xatırladaq ki, əməkdar artist Firuzə İbadova da bir müddət öncə açıqlamasında O.Nadirovun ona borclu olduğunu deyib. Müğənni hətta bununla bağlı bir neçə rəsmi orqana müraciət etdiyini də açıqlayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri