10 
Dek
2017
23:10
53
251
8859
Virtual karabakh

İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı: Məsuliyyətsizlik etdim

10 Dek, 2017
23:10
8859

İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı: Məsuliyyətsizlik etdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb.

Oxu.Az-ın "Ölkə.Az"-a istinadən məlumatına görə o, bir neçə saat öncə azad edilib. Nadirov sayta açıqlamasında bildirib ki, başqa bir cinayət işində şahid kimi dindirilmək üçün Binəqədi Rayon Polis İdarəsinə dəvət edilsə də, məsuliyyətsizlik edərək getməyib:

"Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən bir cinayət işində şahid qismində dəvət edilmişdim. Ancaq məsuliyyətsizlik edərək getmədiyim üçün barəmdə məcburi gətirilmə qərarı çıxarıldı və 48 saat müddətinə azadlığım məhdudlaşdırıldı. Qanun qarşısında hamımız bərabərik. İki sutka dörd saat əvvəl tamam oldu, hazırda evimdəyəm", - deyə O.Nadirov bildirib.

Qeyd edək ki, Orxan Nadirovun həbs xəbərinin yayılmasından sonra  həyat yoldaşı Arifə Nadirova bunun həqiqəti əks etdirmədiyini, onun rayonda olduğunu bildirmiş, lakin DİN O.Nadirovun saxlanıldığı məlumatını təsdiqləmişdi.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri