11 
Dek
2017
11:20
171
31
4718
Virtual karabakh

İlhamə Quliyevanın oğlu polis nəzarətinə verildi

11 Dek, 2017
11:20
4718

İlhamə Quliyevanın oğlu polis nəzarətinə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu, barəsində cinayət işi başlanılmış Orxan Nadirov azadlığa buraxılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dekabrın 8-də Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olub.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında dünyasını dəyişib. O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri