11 
Dek
2017
13:27
51
25
1863
Virtual karabakh

Azərbaycanın intellektual tələbələri “Poliqon”un finalında yarışacaqlar – FOTO

11 Dek, 2017
13:27
1863

Azərbaycanın intellektual tələbələri “Poliqon”un finalında yarışacaqlar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasın Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin təşkilati, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən "Poliqon" Strateji İntellekt oyunu üzrə "Universiada"nın seçim turları başa çatıb.

Məlumat üçün bildirək ki, "Universiada"nın keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, vətənpərvərliyin və intellektual oyunların gənclər arasında inkişafının təmin olunması, eləcə də, intellektual oyunlar hərəkatının ölkəninin ali təhsil ocaqlarını əhatə etməsinin reallaşdırılmasıdır.

Yeni yaradılmış "Poliqon" Strateji İntellekt Oyunu (Poliqon SİO) gənclərin intellektual inkişafına dəstək olmaqla yanaşı, hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması və strategiya qurmaq qabiliyyətinin inkişaf etdirilməsi məqsədi daşıyan yeganə intellektual oyundur.

"Universiada"nın seçim turunda ümumilikdə 15 ali təhsil ocağının 77 komandasından 600 nəfərədək tələbə mübarizə aparıb və ən yüksək nəticə göstərən 36 komanda finala vəsiqə qazanıb.

"Universiada"nın final oyunu 15 dekabr 2017-ci il tarixdə "Pullman Baku Hotel"də təşkil olunacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri