11 
Dek
2017
16:09
5
181
2495
Virtual karabakh

Bədxassəli şiş xəstəliyindən əziyyət çəkən uşaqların sayı açıqlandı

11 Dek, 2017
16:09
2495

Bədxassəli şiş xəstəliyindən əziyyət çəkən uşaqların sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Bu il leykozların diaqnostikası üçün aparılan laborator müayinələrin sayı 6 000-dən çox olub".

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, bura hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar-genetik müayinələr daxildir.

Direktor qeyd edib ki, qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir: "Bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyəti, geniş yayılması, ağır klinik gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir. Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir".

Z.Əlimirzəyeva bildirib ki, bu qrup xəstəliklərin uşaq və gənclərin bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricilərə (50%-ə yaxın) malik olması diqqəti cəlb edir: "Çox narahatedici amillərdən biri də odur ki, leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir. Statistik məlumatlara görə, hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır". 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri