11 
Dek
2017
18:50
29
246
13598
Virtual karabakh

Metro çıxışlarında qurulan çadır yarmarkalar kimindir?

11 Dek, 2017
18:50
13598

Metro çıxışlarında qurulan çadır yarmarkalar kimindir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni il münasibətilə metronun “Neftçilər”, “Koroğlu”, “Gənclik”, “İnşaatçılar, “Nəriman Nərimanov”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarının yaxınlığında bayram çadırları qurulub.

Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Kollegiyasının qərarı ilə metro stansiyalarının giriş-çıxışına yaxın 10-a qədər ərazidə çadırlar qurulub: “Bayram çadırlarının sayının artırılması nəzərdə tutulub. Çadırlarda bayram üçün ləvazimatlar, oyuncaqlar, suvenirlər, şam ağacları və s. satılır. Yarmarka 2018-ci il yanvarın 1-də qədər davam edəcək. 4 yanvarda çadırlar söküləcək”.

Qurum rəsmisi bildirib ki, digər yerlərə nisbətən bayram yarmarkalarında satılan mallar alıcılar üçün əlverişli qiymətə təklif edilir: “Bizim də əsas məqsədimiz vətəndaşların məmnunluğudur. Həm qiymətlər münasibdir, həm də insanlar istədiyi bir çox çeşiddə malı eyni yerdən ala bilir. Çalışırıq ki, küçələrdə, vətəndaşların gediş-gəlişinə mane olacaq yerlərdə satışlar təşkil edilməsin”.

Ə.Bağırov bildirib ki, yarmarkaların təşkil edilməsi iki ildir davam edir: “Bu müddət ərzində əhalinin narazılığını eşitməmişik. Əksinə, həm qiymətlərdən, həm də metro stansiyalarına yaxın yerlərdə olduğu üçün yerlərdən razılıq edirlər. Bu il bayram çadırlarının qurulması məhz vətəndaşların ötənilki münasibətinə görədir”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri