11 
Dek
2017
16:01
12
264
3423
Virtual karabakh

Azərbaycanda nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlandı

11 Dek, 2017
16:01
3423

Azərbaycanda nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin noyabr ayında nikaha daxil olmaq istəyən 10738 nəfər tibbi müayinədən keçib.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə isə QİÇS aşkarlanıb.

Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.

"Bu il nikaha daxil olmaq istəyən 127 173 nəfər tibbi müayinədən keçib ki, onlardan 13794 nəfərdə talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 nəfərdə isə QİÇS aşkar edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 38-dir", - deyə direktor vurğulayıb.

Z. Əlimirzəyeva qeyd edib ki, bu il 23 hamilə qadında prenatal müayinə aparılıb: "Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlamdır".

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri