11 
Dek
2017
16:44
112
27
7030
Virtual karabakh

Qəbzi itirmiş müştəri aldığı məhsulu geri qaytara bilərmi?

11 Dek, 2017
16:44
7030

Qəbzi itirmiş müştəri aldığı məhsulu geri qaytara bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda fəaliyyət göstərən "Zara" mağazalarından birindən palto alan vətəndaş aldığı məhsulu 10 gündən sonra geri qaytarmaq qərarına gəlib. Müştəri məhsulun keyfiyyətindən narazı olduğunu bildirib: "Paltonu 10 gündür almışam. Amma elə bil ki, 2 ildir geyinirəm. Düymələri sallanır, tikişləri sökülüb və s. Doğrudur, qəbzi itirmişəm. Amma yenə də haqqımı tələb edirəm. Hazırda məhsul mağazadadır. Dəyərləndirmə edib, əlaqə saxlayacaqlarını bildiriblər. Bilmək istəyirəm, onların belə bir haqqı varmı? Qəbz olmadan mağazadan nəsə tələb edə bilərəmmi?”

Oxu.Az xəbər verir ki, Qaynarinfo məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib.

Ekspert bildirib ki, bu vəziyyətdə qanunlar mağazanın hüquqlarını müdafiə edir: "İstehlakçı bu hallarda alınan malı geri qaytarmaq hüququna malikdir: əgər məhsulun fabrik deffekti varsa, bu halda məhsulu geri qaytarıb 100 faiz dəyəri geri almaq haqqı var. Əgər məhsulu bəyənməyibsə, ölçüsü uyğun gəlməyibsə, bu zaman məhsulu 14 gün müddətində dəyişmək haqqı var. Ancaq bu sadalananlar ancaq qəbz olduğu halda keçərlidir. Qəbz yoxdursa, mağaza da məhsulun onlardan alındığını inkar etmirsə, yenə də müvafiq işlər görülə bilər. Müştəri keyfiyyətdən narazıdırsa, mağaza məhsulu saxlayıb dəyərləndirmə apara bilər. Ancaq hazırkı vəziyyətdə istehlakçı istehsalçını məhkəməyə verərsə, qanunla mağaza sahiblərinin məhsulu geri götürməmək hüququ var”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri