12 
Dek
2017
11:17
20
306
8034
Virtual karabakh

Ağdaşda 16 yaşlı qız müəmmalı şəkildə öldü – YENİLƏNİB

12 Dek, 2017
11:17
8034

Ağdaşda 16 yaşlı qız müəmmalı şəkildə öldü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş rayonunda müəmmalı şəkildə ölən 16 yaşlı qızın kimliyi məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, rayonun Lək kənd sakini, 2001-ci il təvəllüdlü Mehriban Mehman qızı Osmanovanın meyiti yaşadığı evin həyətindəki "turnik"in yanında ölmüş vəziyyətdə aşkarlanıb.

M.Osmanova 10-cu sinif şagirdidir. Yaxınları onun "turnik"dən yıxılaraq öldüyünü bildiriblər.

Onun Rusiyada işləyən atası məsələdən xəbər tutaraq bu gün ölkəyə qayıdıb. M.Osmanovanın məktəbdə əlaçı olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

10:38

Ağdaş rayonunda 16 yaşlı qız intihar edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan yeniyetmə qız yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. 

Onun orta məktəbin yuxarı sinif şagirdi olduğu bildirilir. 

İntihar edən yeniyetmənin şəxsiyyəti və intiharın səbəbləri araşdırılır. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri