12 
Dek
2017
17:48
40
230
12739
Virtual karabakh

"AAAF Park"da problemlər yaranıb - YENİLƏNİB

12 Dek, 2017
17:48
12739

"AAAF Park"da problemlər yaranıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 12-də AAAF Park Yaşayış Kompleksindəki bir neçə küçədə enerji verilişində fasilə yaranıb. 

Şirkətdən Oxu.Az-ın redaksiyasına daxil olan açıqlamada bildirilir ki, buna kompleksi qidalandıran, “AZƏRIŞIQ” ASC-yə məxsus 220000 volt gərginlikli yarımstansiyadan gələn 6 kVt-luq hava xəttində baş vermiş qəza səbəb olub. 

Qəza nəticəsində 6 kVlt-luq hava xətti qırılmış, bir neçə saat ərzind 1600 kVa və 400 kVa transformator yarımstansiyasında gərginlik kəsilib. “Azərişıq” ASC  təmir işlərini qurtardıqdan sonra bir neçə dəfə yarımstansiyanın işə salınmasına cəhd edilib. 

Bu zaman təkan nəticəsində cərəyan qalxıb ayırıcının bir fazasında gərginlik itib. Bununla əlaqədar, daha 40 dəqiqə də fasilə yaranıb. Duruma müdaxilə etmək üçün Kompleksin işçi heyəti kömək edib və qəza aradan qaldırılıb, enerji təminatı bərpa olunub.

AAAF Park bəyan edir ki, sakinlərin rahatlığını təmin etmək üçün daima çalışır, əlindən gələni əsirgəmir və bundan sonra da belə davam edəcək. 

"Ümid edirik ki, bizdən asılı olmayan səbəblərdən yaranan problemlərə bundan sonra anlayışla yanaşılacaq, ictimaiyyət qarşısında məsələnin mahiyyəti müəyyən ediləndən sonra fikirlər irəli sürüləcək".

***

Xırdalanda yerləşən "AAAF Park" Yaşayış Kompleksində problemlər davam edir. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, artıq bir neçə saatdır, kompleksin sakinlərinin çoxu işıq və su üzünə həsrətdirlər. 

Sakinlərə 2-3 saata elektrik enerjisinin veriləcəyi deyilsə də, hələ də məsələ yoluna qoyulmayıb. Bəzi binalarda elektrik enerjisinin verilməsi bərpa olunsa da, bir neçə binada problem həll edilməyib. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri