14 
Dek
2017
09:48
43
822
25601
Virtual karabakh

Azad Rəhimovun qardaşı oğluna vəzifə verildi – YENİLƏNİB

14 Dek, 2017
09:48
25601

Azad Rəhimovun qardaşı oğluna vəzifə verildi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib.

Murad Arif oğlu Rəhimov Müşahidə Şurasının sədri, Azad Tahir oğlu Əmrahov və İlqar Aydın oğlu İsbatov Müşahidə Şurasının üzvləri təyin olunublar.

Bəzi KİV-lərin dünən yaydığı məlumatlarda Murad Arif oğlu Rəhimovu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin oğlu kimi təqdim etsə də, xəbər təsdiqlənmədi. 

Oxu.Az xəbər verir ki, deputat Arif Rəhimzadə Modern.az-a açıqlamasında Murad Rəhimovun atası olmadığını bildirib.

Modern.az saytı Dövlət Reklam Agentliyi Müşahidə Şurasının sədrinin kimliyini dəqiqləşdirib. Məlum olub olub ki, Murad Arif oğlu Rəhimov gənclər və idman naziri Azad Rəhimovun qardaşı oğludur.

***

13.12.2017

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Rəhimov Murad Arif oğlu Müşahidə Şurasının sədri, Əmrahov Azad Tahir oğlu və İsbatov İlqar Aydın oğlu isə Müşahidə Şurasının üzvləri təyin olunublar.

Qeyd edək ki, Murad Rəhimov millət vəkili Arif Rəhimzadənin oğludur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri