13 
Dek
2017
15:17
61
142
2388
Virtual karabakh

Sitrus meyvələri festivalı keçiriləcək

13 Dek, 2017
15:17
2388

Sitrus meyvələri festivalı keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk dəfə Lənkəran şəhərində “Çay, çəltik və sitrus meyvələri” festivalı keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Lənkəran Şəhər İcra Hakimiyyətindən (ŞİH) məlumat verilib.

Bildirilib ki, Lənkəran ŞİH-nin təşkilatçılığı ilə təşkil olunan festival dekabrın 19-da, saat 11:00-da şəhərin Heydər Əliyev xatirə parkında başlayacaq və bu tədbir əsl “Məhsul bolluğu” bayramı olacaq.

Festivalda bədii özfəaliyyət kollektivlərinin rəngarəng, ədəbi-bədii kompozisiyaları ifa olunacaq, musiqi nömrələri səsləndiriləcək, gənclərin iştirakı ilə əyləncəli proqramlar nümayiş etdiriləcək.

Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri