13 
Dek
2017
15:09
17
75
2994
Virtual karabakh

AMEA-nın iki institutuna direktor seçildi

13 Dek, 2017
15:09
2994

AMEA-nın iki institutuna direktor seçildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Elmlər Akademiyasının iki institutuna direktor seçilib.

Oxu.Az Trend-ə istinadla xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) bu gün keçirilən ümumi yığıncağında gizli səsvermə yolu ilə Botanika və Dendrologiya institutlarının direktorları vəzifələrinə seçkilər keçirilib.

Akademik Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun direktoru vəzifələrinə seçilib. Seçki nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Qeyd edək ki, hər iki şəxs hazırda da adları çəkılən instututlara rəhbərlik edir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri