13 
Dek
2017
16:13
27
220
10320
Virtual karabakh

Zərərçəkmiş: İcra başçısı mənə niyə “sən öl” deyirdi?

13 Dek, 2017
16:13
10320

Zərərçəkmiş: İcra başçısı mənə niyə “sən öl” deyirdi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş, dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun icraatında olan prosesdə barələrində məcburi gətirilmə qərarı çıxarılan şahidlərin məhkəməyə gəlmədiyi bildirilib.

T.İbrahimov bildirib ki, şahidlərin məhkəməyə çağırılaraq dindirilməsini istəyib: “Raqub Məmmədov icra başçısıdır, onu başa düşdük. Bəs, digərləri niyə gəlmir? Məhkəmədən xahiş edirəm, onların gətirilməsi təmin olunsun. İcra başçısı Raqub Məmmədovun da  gətirilməsini istəyirəm, amma məhkəmə nə qərar versə, elə də olsun".

Zərərçəkmiş İsmayıl Məmmədov da icra başçısının məhkəməyə gəlməsini tələb edib: “Kimliyindən asılı olmayaraq, qanun qarşısında hamı acizdir. İstintaqda ifadə veriblərsə, məhkəməyə də gəlməlidirlər. Mən necə gəlmişəm, onlar da elə gəlsin. İzah etsinlər, görək pulu necə alıblar. Raqub Məmmədov məni qəbul edib, “sən öl” deyib. Gəlsin, görək mənə niyə “sən öl” vururdu?”

Hakim bildirib ki, bu işlə bağlı R.Məmmədov istintaqda ifadə verib, məhkəməyə isə teleqram göndərərək işi ilə bağlı gələ bilmədiyini, ifadəsini təsdiqlədiyini qeyd edib.

Məhkəmə prosesi dekabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, T.İbrahimov (Fətişoğlu) sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və bir neçə il Moskvada mühacirətdə yaşayıb. Teylor Fətişoğlu külli miqdarda pul aldığı şəxslərə vəzifə vəd edirmiş. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda törədildikdə) ilə ittiham edilir. Zərərçəkənlərdən biri, İsmayıl Məmmədov icra nümayəndəsinin müavini təyin olunması müqabilində T.İbrahimova 5 min manat verib. Lakin verilən vəd yerinə yetirilməyib. Daha sonra başçı R.Məmmədov ona müavin yox, birbaşa nümayəndə olacağı vədini verib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri