13 
Dek
2017
16:50
67
33
4586
Virtual karabakh

Səhiyyə Nazirliyindən “Aquadok” açıqlaması

13 Dek, 2017
16:50
4586

Səhiyyə Nazirliyindən “Aquadok” açıqlaması

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün sosial şəbəkələrdə apteklərdə saxta dərman satışı barədə məlumat yayılıb. Belə ki, Kamal Heydərov adlı şəxs özünün şəbəkədəki statusunda apteklərin birində ona burun üçün sprey olan “Aqualor”un əvəzinə alternativi olan “Aquadok”un təklif edildiyini bildirib: “Satıcı dedi “Aqulor” yoxdur, “Aquadok” isə Fransanındır, yaxşıdır. Üstünə baxdım, “Made in France” yazılıb. Saytları da qeyd edilib: aquadok.com. Evdə dərmandan gözüm su içmədi, sayta baxmaq istədim, açılmadı. Axtarış edib saytı qeydiyyatdan keçirənin İlqar İsgəndərli olduğunu öyrəndim. Bu da sənə “Made in France”, Çinin hansısa kəndində dərman düzəldib, dizaynı, adını oxşadıb, satıcıya, həkimə pul verib satdırırlar. Qiyməti 10 manat, içində də adi duzlu sudur. Aptekdən nəsə alanda baxın, “Made in France”lara aldanmayın”.

Oxu.Az məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik ekspertiza mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasına müraciət edib.

İnspeksiyanın mətbuat xidməti tərəfindən verilən məlumata əsasən, Səhiyyə Nazirliyinin qeydiyyat reyestrində “Aquadok” dərman vasitəsi kimi qeydiyyatdan keçirilməyib. 

“Bəzən apteklərdə kənar yollarla gətirilmiş dərman preparatları satılır. Mövcud sərəncama əsasən, sahibkarlığa dəstək məqsədilə biz hələ apteklərdə yoxlamalar apara bilmirik. Lakin vətəndaş bizə  konkret apteklərin ünvanını verməklə, aldığı dərmanla bağlı şikayətlə müraciət edirsə, müvafiq orqanlar tərəfindən yoxlama aparılır.

Apteklərdən saxta preparatlar almamaq üçün dərmanın qabının içində mütləq Azərbaycan dilində təlimat qaydasına, üzərində Səhiyyə Nazirliyinə aid nəzarət markası olmasına fikir vermək lazımdır. Vətəndaş aldığı dərmanın orijinallığına şübhə ilə yanaşdığı təqdirdə, çek və qablaşması ilə bərabər, dərmanı bizim müvafiq pəncərəmizə təhvil verib müəyyən məlumatlar ala bilər”, - İnspeksiyanın mətbuat xidməti bildirib.

Nigar Orucova

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri