13 
Dek
2017
20:45
191
22
3409
Virtual karabakh

Qobustanda qədim dövrə aid qəbir daşları aşkarlanıb – VİDEO

13 Dek, 2017
20:45
3409

Qobustanda qədim dövrə aid qəbir daşları aşkarlanıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qobustanda kənd sakini qədim dövrə aid qəbir daşları aşkarlayıb.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Qobustan rayonunun Təsi kəndi ərazisində qədim qəbir daşlarına Anar Mərdanov rast gəlib.

Aşkarlanan qəbir daşları Pirsaat çayının Qərb sahilində, qədim kurqanın ətrafında yerləşir. Hazırda ərazidə 6 qəbir daşı var ki, onlardan bəziləri torpağın altında qalıb. 3 qəbir daşı isə üzəri aşınmaya məruz qalıb.

Yalnız bir qəbir daşının üzərindəki nişanə onun e.ə III minilliyə, Alban dövrünə aid olduğu ehtimalını gücləndirir. Tarixçilərin sözlərinə görə, bu nişanə həmin dövrə məxsusdur.

Ərazidə araşdırma aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri