14 
Dek
2017
12:57
55
25
5457
Virtual karabakh

Sabaha olan hava proqnozu

14 Dek, 2017
12:57
5457

Sabaha olan hava proqnozu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı və Abşeron yarımadasında dekabrın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu gecə  5-7° isti, gündüz  9-12° isti təşkil edəcək. Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacaq. Atmosfer  təzyiqi  normadan yüksək - 768  mm civə sütunu təşkil edəcək. Nisbi  rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  4-9° isti  təşkil edəcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri