14 
Dek
2017
13:40
6
168
8818
Virtual karabakh

Hicran Hüseynova Azərbaycanda ailələrin dağılmasının əsas səbəbini açıqladı

14 Dek, 2017
13:40
8818

Hicran Hüseynova Azərbaycanda ailələrin dağılmasının əsas səbəbini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Təhlillər göstərir ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil".

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, uşaqsız ailələrdə boşanma halları daha çox baş verir: "Qüsurlu uşaqların doğulması da boşanmalara səbəb olur".

Dövlət Komitəsinin sədri qeyd edib ki, ailə institutuna təsir edən bir sıra problemlər var: "Bəzi hallarda ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması, erkən və qeyri-rəsmi nikah, məişət zorakılığı hallarının baş verməsi, uşaqların təhsildən yayınması ailələrin zəifləməsinə və dağılmasına gətirib çıxarır. Amma bəzən də biz valideyn və uşaqların məsuliyyət hissinin zəif olması hallarına da rast gəlirik".

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri