14 
Dek
2017
16:45
94
100
6698
Virtual karabakh

İstirahət mərkəzlərində cinsi ayrıseçkilik: Onlara giriş qadağandır

14 Dek, 2017
16:45
6698

İstirahət mərkəzlərində cinsi ayrıseçkilik: Onlara giriş qadağandır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar Bakıda ictimai iaşə obyektlərində yeni tendensiya müşahidə olunur. Belə ki, bəzi  iaşə obyektlərinə yalnız kişilərdən ibarət kollektivlərin girişi qadağandır. Kişilərin bu cür restoranlara daxil olması üçün yanlarında mütləq xanım da olmalıdır. Bu cür gender ayrıseçkiliyi isə müştərilərin narazılığına səbəb olur. Bəs istirahət mərkəzlərində bu cür gender ədalətsizliyi nə dərəcədə yolveriləndir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu cür gender ayrıseçkiliyi istehlakçı hüququna ziddir: "Beynəlxalq və yerli istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən, istehlakçının seçim hüququ var.  Harada və hansı xidməti seçmək hüququ istehlakçıya məxsusdur. Qarşı tərəf də o xidməti göstərməyə borcludur. Lakin təəssüflər olsun ki, bütün ticarət, alqı-satqı  proseslərini, xidmət sahələrini tənzimləyən Nazirlər Kabinetinin 94 saylı qərarında adıçəkilən məsələ ilə bağlı heç bir məlumata yer verilmir, lakin istehlakçı üçün heç bir məhdudiyyət yoxdur.

Bir məqamı da qeyd etmək lazımdır ki, biznes qurumlarının öz ərazilərində qanunla qadağa olunmayan istənilən qaydanı tətbiq etmək hüququ var. Lakin istehlakçının seçim hüququnun təmin olunması haqqında qanuna qayıtsaq, istirahət mərkəzlərinə tək kişilərdən ibarət kollektivlərin buraxılmaması qanunla qadağa olunan haldır. Belə ki, gender ayrıseçkiliyinə yol verməklə, kişilərin hüququ tam təkzib olunur".

Qeyd edək ki, qadın-kişi ayrı-seçkiliyinə görə müştərilərin narazılığına səbəb olan ictimai iaşə obyektlərindən biri də Musabəyov parkında yerləşən “Cafe park”dır.

Belə ki, kafedə iki zal var. Onlardan biri kişilər, digəri isə qadınlar üçün nəzərdə tutulub. Maraqlı məqam ondan ibarətdir ki, qadınların buraxıldığı zala yanında xanım olan kişilərin girişinə də icazə var. Lakin xanımsız olan bir, iki (və ya daha çox) kişinin bu zala girişi qadağandır. 

Vurğulayaq ki, “ailəvi” kimi təqdim edilən zalda müştərilərə qəlyan və siqaret çəkməyə icazə verilir. Bu isə “Cafe park”ın mövqeyinə tamamilə ziddir.

Nigar Orucova

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri