14 
Dek
2017
21:23
321
22
9676
Virtual karabakh

Bakı sakini hobbisini biznesə çevirdi – VİDEO

14 Dek, 2017
21:23
9676

Bakı sakini hobbisini biznesə çevirdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı sakini Rafael Həmidoğlu qeyri-adi dizaynlı velosiped hazırlayır.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, 10 ildən çoxdur ki, velosiped dizaynerliyi ilə məşğul olan Rafael Həmidoğlu bu işə uşaqlıqdan marağı olduğunu deyir. Həvəskar olaraq başladığı əl işlərini sonradan daha da təkmilləşdirib.

Onun hazırladığı velosiped modelləri çox sərnişin yerli olması, təkər sayının iki, ya da daha artıq olması ilə seçilir. Rafaelin sözlərinə görə, hazırladığı velosipedlərə həddindən artıq maraq var. Bir velosipedi hazırlamağa isə ona cəmi bir neçə gün vaxt lazım olur.

Dizaynerin son hazırladığı velosiped isə həm görünüşü, həm də üzərində istifadə olunan detalları ilə xüsusi olaraq seçilir.

Rafael deyir ki, velosipedlərin hazırlanmasına çox əziyyət çəkdiyindən ilk vaxtlar onları satmaq istəməyib. Lakin sonradan tələbat çox olduğundan hobbisini biznesə çevirib. O, eyni modeldən sadəcə 1 ədəd hazırlayır.

Rafael, gələcəkdə velosiped biznesini daha genişləndirmək və dünya bazarına çıxmaq istəyir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri