15 
Dek
2017
02:18
20
195
4627
Virtual karabakh

Bakıda bıçaqla silahlanmış şəxs intihara cəhd edib – YENİLƏNİB + FOTO

15 Dek, 2017
02:18
4627

Bakıda bıçaqla silahlanmış şəxs intihara cəhd edib – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xəzər rayonu Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, beşmərtəbəli binanın damına qalxaraq, intihar etmək istəyən qəsəbə sakini Сavid Sadiqov bıçaqla özünə xəsarət yetirib. 

Binanın damında olan polis əməkdaşları həmin an onu saxlayaraq, aşağı endiriblər və hadisə yerinə cəlb edilən həkimlərə təhvil veriblər.    

01:57

Bakının Binə qəsəbəsində intihara cəhd edən vətəndaşın kimliyi bəlli olub.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, intihara cəhd edən şəxs  1995-ci il təvəllüdlü Sadiqov Сavid Sevindik oğludur.

Məlumata əsasən, onun Emin adlı 17 yaşlı qardaşı özünü iyunun 21-də binanın damından ataraq intihar edib. İntiharın istintaqı ilə bağlı narazılıq bildirən Sadiqov Сavidin sərxoş olduğu bildirilir.

01:41

Paytaxtın Binə qəsəbəsində vətəndaş intihara cəhd edir. 

FHN-dən Oxu.Az-a verilən xəbərə görə, bıçaqla silahlanmış naməlum şəxs qəsəbə ərazisindəki beş mərtəbəli binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirir.

Hadisə yerinə polis əməkdaşları və  FHN-nin xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla vətəndaşı fikrindən daşındırmağa çalışır. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri