15 
Dek
2017
11:20
117
13
7494
Virtual karabakh

Ödənişsiz göz müayinəsi

15 Dek, 2017
11:20
7494

Ödənişsiz göz müayinəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Dünyagöz" Bakı Xəstəxanası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" ictimai birliyi ilə birlikdə ödənişsiz göz müayinəsi aksiyasını həyata keçirir.

"Dünyagöz" Xəstəxanalar Qrupunun ən iri sosial layihəsi olan  və Türkiyədə 2004-cü ildən fəaliyyətə başlayan “Mobil göz klinikası” xidməti çərçivəsində Ədirnədən Mardinə, Sinopdan Antalyaya qədər 53 bölgə, 107 rayonda olan yüksək ixtisaslı göz həkimi və tibbi briqada minlərlə aztəminatlı vətəndaşa göz xəstəliklərinin müalicəsi sahəsində xidmət göstərib. Qeyd etmək lazımdır ki, bu layihənin həyata keçirildiyi zaman ərzində 750 min nəfərin gözü müayinə olunub, 3 min nəfər isə ödənişsiz əməliyyat edilib. Hazırda bu ənənə Azərbaycanda da "Dünyagöz" Bakı Xəstəxanası tərəfindən davam etdirilir. Bakı, Quba Qusar, Gəncə, Oğuz və ölkəmizin bir çox hərbi hissələrində yüzlərlə insanımıza ödənişsiz xidmət göstərən səyyar klinikamız və həkim briqadamız yenə Bakı sakinlərinin xidmətindədir.

Ünvan: "Memar Əcəmi" metrostansiyasının qarşısı.

Aksiya 16 dekabr tarixinədək davam edəcək.

Ətraflı məlumat almaq üçün əlaqə telefonu: (012) 404 44 69

Dünyagöz – Dünya görməyə dəyər!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri