15 
Dek
2017
12:40
11
118
1518
Virtual karabakh

Milli Məclisin növbəti plenar iclası başladı - VİDEO

15 Dek, 2017
12:40
1518

Milli Məclisin növbəti plenar iclası başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə 39 məsələ daxildir.

Bunlar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi", "Meliorasiya və irriqasiya haqqında", "Toxumçuluq haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Yol hərəkəti haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Heyvanlar aləmi haqqında", "Polis haqqında", "Prokurorluq haqqında", "Dövlət məhkəmə ekspertizasi fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Taxıl haqqında", "İcra haqqında", "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə", "Televiziya və radio yayımı haqqında", "Lotereyalar haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Torpaqların münbitliyi haqqında", "Avtomobil yolları haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Avtomobil nəqliyyatı haqqında" və.s qanunlarına, o cümlədən Seçki, Mülki, Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Bu dəyişiklik layihələrinin əksəriyyəti uyğunlaşdırma xarakterlidir.

Deputatlar yeni hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" (ikinci oxunuş), "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihələrinə də baxacaqlar. 

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri