15 
Dek
2017
14:10
76
100
9360
Virtual karabakh

Toyuna hazırlaşan qız ölümdən son anda xilas edildi

15 Dek, 2017
14:10
9360

Toyuna hazırlaşan qız ölümdən son anda xilas edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"10 gün bundan qabaq bir qız gətirmişdilər, sabah toyu idi. Girib hamama, dəm qazından zəhərlənmişdi. Bəxtindən tez xəbərləri olub. Gecə saatlarında ağır vəziyyətdə, koma halında gətiriblər. Allahdan sağaldı, sabahkı gün toyu da baş tutdu, toyuna da getdik. Başqa  bir gün də bəy hamamından bir bəy gətiriblər. Ümumiyyətlə, vəziyyətə baxanda həyəcan siqnalı çalınmalıdır".

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbə müdirinin müavini Məhəbbət İbrahimova ilin yekunları ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, ötən ilə nisbətən toksikoloji zəhərlənmələrdən müraciət edənlərin sayında xeyli azalma olsa da, rəqəmlər yenə də kifayət qədər yüksəkdir: "Ötən il dəm qazından zəhərlənmə  ilə bağlı 455 müraciət olub. Bu il isə müraciətlərin sayı 190-a düşüb. Müraciət edənlər arasında klinikada bir ölüm hadisəsi olub. O da komada daxil olmuşdu. Digər zəhərlənmələrin ötən illə müqayisəsinə baxsaq, nəticələr belədir:

Sirkə turşusundan zəhərlənmə müraciətləri: ötən il: 254, bu il: 237
Dərman vasitələrindən zəhərlənmə müraciətləri: ötən il: 1062, bu il: 602
Allergiya zəhərlənmə müraciətləri: ötən  il: 236, bu il: 208
Qara qurd, hörümçəkdən zəhərlənmə müraciətləri: ötən il:10, bu il 5
Spirtli içkidən zəhərlənmə müraciətləri: ötən il 103, bu il 86
İlan zəhərlənməsi ilə bağlı isə müraciətlərdə artım var: ötən il: 90, bu il:104
Göbələkdən zəhərlənmə müraciətləri: ötən il: 25, bu il: 12.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri